Modul tipli məktəblərin quraşdırılmasına 5 milyon ayrıldı

   Modul tipli məktəblərin quraşdırılmasına 5 milyon ayrıldı
  19 Sentyabr 2022    Oxunub:1479
Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı bu sərəncama əlavəyə uyğun olaraq Elm və Təhsil Nazirliyinə ayrılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti