Azyaşlı uşaq xilas edildi

Azyaşlı uşaq xilas edildi
  04 May 2014    Oxunub:985
Şəmkir şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

AzVision.az-ın verdiyi məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enerək daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti