Atasının adını daşıyan şəhid övladı da birincidir - FOTO

 Atasının adını daşıyan şəhid övladı da birincidir -    FOTO
  15 Sentyabr 2022    Oxunub:1386
Atası şəhid olmazdan 4 gün əvvəl dünyaya gələn, atasının adını daşıyan qəhrəman Şəhidimiz Qabil Orucəliyevin oğlu Qabil bu gün 1-ci sinifə qədəm qoyur.
Leytenant Qabil Orucəliyev 1991-ci il 15 sentyabr tarixində Naxçıvan şəhərində anadan olub. 2016-cı ilin aprelin 2-də Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdu. O zaman hər kəs onu "övladının üzünü görməyən zabit" kimi tanımışdı. Çünki Qabil şəhidliyə qovuşmazdan cəmi 4 gün əvvəl ilk övladı dünyaya gəlmişdi.

Şəhid leytenant Qabil Orucəliyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.



AzVision.az


Teqlər:





Xəbər lenti