"Danışmaq üçün asan gün deyil" - Qurban Qurbanov

   "Danışmaq üçün asan gün deyil" -    Qurban Qurbanov
  14 Sentyabr 2022    Oxunub:668
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"la (Fransa) evdə keçirəcəkləri matçdan öncə mətbuat konfransı təşkil edib.
AzVision.az xəbər verir ki, mütəxəssis əvvəlcə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçularımıza Allahdan rəhmət diləyib: "Danışmaq və fikir bildirmək üçün asan gün deyil. Şəhidlərimiz var. Sərhəddə döyüşlər gedir. Allah şəhidlərimizə rəhmət etsin. Allah onların ailələrinə səbr versin".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - "Nant" qarşılaşması saat 20:45-də başlayacaq.

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

AzVision.az


Teqlər:





Xəbər lenti