Nazirlik yeni formalarla bağlı məktəb direktorlarına tapşırıq verdi

   Nazirlik yeni formalarla bağlı məktəb direktorlarına tapşırıq verdi
  12 Sentyabr 2022    Oxunub:930
Elm və Təhsil Nazirliyi məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verib.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib. Qeyd olunub ki, 2022-2023-cü tədris ilində yeni məktəbli formalarının tətbiqi ilə bağlı hər hansı məcburiyyət yoxdur:

"Şagirdlər ötənilki formaları ilə məktəbə gələ bilərlər. Bununla bağlı, məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Elm və Təhsil Nazirliyinin 146-6, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin isə 146-1 "Çağrı Mərkəzi" ilə əlaqə yarada bilərlər".

AzVision.az



Teqlər:





Xəbər lenti