Xaricdə təhsilini başa vuran 12 doktorant işlə təmin edilib

   Xaricdə təhsilini başa vuran 12 doktorant işlə təmin edilib
  09 Sentyabr 2022    Oxunub:1084
Hazırda 168 azərbaycanlı doktorant xaricdə təhsil alır.
AzVision.az xəbər verir ki, bunu “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, həmin şəxslər 22 ölkədə təhsilini davam etdirir: "İlk sırada Türkiyə qərarlaşıb (34 %). Doktorantlar əsasən 7 prioritet ixtisas istiqamətində oxuyurlar. 12 doktorantın bu il məzun olacağı gözlənilir".

"2019-2023 Dövlət Proqram" çərçivəsində 2 bakalavriat, 2 magistratura ikili diplom proqramı olmaqla 4 beynəlxalq ikili diplom proqramı həyata keçirilir. 5-ci proqramın icrası isə hazırlıq mərhələsindədir. İlin sonuna qədər işlərin yekunlaşacağı gözlənilir. Hazırda 558 tələbə ikili diplom proqramı üzrə təhsil alır. Artıq 42 məzun proqramı tamamlayaraq məzun olub və işlə təmin ediliblər", - T.Topalova vurğulayıb.

Qrup rəhbəri bu il xaricdə təhsilini başa vuracaq 12 doktorantın işlə təminatı məsələsinə aydınlıq gətirib. O deyib ki, 12 nəfərdən 4-ü Azərbaycan Tibb Universitetində fəaliyyətini davam etdirəcək:

"Digər məzunlardan 3 nəfəri ADA Universitetində, 3-ü Xəzər Universitetində, digərləri isə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində işləyəcəklər.

Turan Topalova proqram boyunca tələbənin təhsilə necə yanaşması ilə bağlı illik monitorinq həyata keçiriləcəyini də əlavə edib. Oqeyd edib ki, monitorinq elmi rəhbərin rəyi əsasında yekunlaşır: "Əgər, rəy müsbət deyilsə, tələbə proqramdan uzaqlaşdırılmır, lakin bir illik ödənişi dayandırılır. Belə hal ikinci dəfə təkrar olarsa, həmin şəxs proqramdan kənarlaşdırılır. Lakin sevindirici hal odur ki, bu vaxta qədər belə bir təcrübə yaşanmayıb".

AzVision.az



Teqlər:





Xəbər lenti