Nazir 13 yaşında uşaq doğan qızdan danışdı

   Nazir 13 yaşında uşaq doğan qızdan danışdı
  07 Sentyabr 2022    Oxunub:1140
Elm və təhsil naziri uşaq dünyaya gətirən 13 yaşlı məktəbli qızın məktəbdən yayınmasına münasibət bildirib.
Nazir Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, məsələ ilə bağlı istintaq orqanları tərəfindən araşdırılma gedir və hər hansı fikir bildirə bilməz:

"Bu Elm və Təhsil Nazirliyinin səlahiyyətinə olan iş deyil. Araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Əgər bizimlə bağlı olan məsələ olarsa, ölçü götürəcəyik".

Qeyd edək ki, Bakıda 13 yaşlı qız təcavüzdən uşaq dünyaya gətirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti