Nazir məktəbli formalarından danışdı : "Məlumatsızlıq var"

      Nazir məktəbli formalarından danışdı   : "Məlumatsızlıq var"
  07 Sentyabr 2022    Oxunub:922
"Yeni məktəbli formaları ilə bağlı cəmiyyətdə hansısa gərginlik var. Bəzən bu, məlumatsızlıq ucbatından, bəzən valideynlərin düz ünvanlara müraciət etməmələri səbəbindən baş verir. Elm və Təhsil Nazirliyi məktəbli formalarının satışı və tikişi ilə məşğul olan qurum deyil. Biz yalnız həmin formaların nümunəvi tövsiyyə olan formada olmasına nəzarət edirik".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, burada məcburiyyət yoxdur:

"Əgər məcburiyyət olarsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional idarələrə müraciət olunar, məsələyə baxılar və ölçü götürülə bilər".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti