Mehriban Vəliyeva hesabat verdi: 8 bağça bağlanıb, 4-ü təmir edilib

  Mehriban Vəliyeva hesabat verdi:  8 bağça bağlanıb, 4-ü təmir edilib
  07 Sentyabr 2022    Oxunub:1034
Son bir ay ərzində Bakı məktəbəqədər təhsil müəssisələrinə 5122 uşaq elektron sistemlə qəbul olunub.
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. O bildirib ki, idarənin tabeliyinə ümumilikdə 348 bağça keçib: "Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264 -ü körpələr evidir".

İdarə müdiri qeyd edib ki, bağçalarda ümumilikdə 41 min 87 uşaq təlim tərbiyəyə cəlb olunub:
"Onlarla 4 299 tərbiyəçi və müəllim məşğul olur. Bu dövrdə 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti