Keçmiş bağça müdiri özünü asıb

Keçmiş bağça müdiri özünü asıb
  02 May 2014    Oxunub:2027
İsmayıllı rayonunda müəmmalı intihar hadisəsi baş verib.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb. Lahıc sakini, 1949-cu il təvəllüdlü Mövlanova Banu Əlövsət qızı bu gün səhər saatlarında yaşadığı evin həyətindəki meyvə ağacından özünü asaraq intihar edib. Yaxın illərədək Lahıc qəsəbəsindəki uşaq bağçasının müdiri vəzifəsində çalışan və 4 uşaq anası olan Banu Mövlanovanın özünə qəsd etməsinin səbəbi məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti