250 bal toplayan abituriyentlər də krediti ala biləcək

   250 bal toplayan abituriyentlər də krediti ala biləcək
  01 Sentyabr 2022    Oxunub:1142
Təhsil Tələbə Krediti Fondunun Himayəçilər Şurasının növbəti iclasında qəbul olunmuş qərara əsasən, birinci kurs tələbələrin ilk semestrdə standart təhsil tələbə krediti almaq hüququnu müəyyən edən ümumi balın aşağı həddi 250 olaraq təyin edilib.
Bu barədə AzVision.az -a Təhsil Tələbə Krediti Fondundan məlumat verilib. Bildirilib ki, qəbul balı yalnız 1-ci kursun birinci semestri üçün keçərlidir. Növbəti semestrdən tələbənin qəbul balı deyil, tələbənin ÜOMG balı nəzərə alınacaq. Sosial TTK almaq üçün heç bir bal limiti yoxdur.

Qeyd edək ki, bu günə qədər tələbə qəbulu imtahanında toplanan ümumi balın aşağı həddi 300 bal idi.

AzVision.az



Teqlər:





Xəbər lenti