Yeni avtobuslardan əlillər də istifadə edə biləcək - VİDEO

Yeni avtobuslardan əlillər də istifadə edə biləcək - VİDEO
  02 May 2014    Oxunub:1560
Bu gün əlillərin ən böyük problemlərindən biri cəmiyyətə inteqrasiya olunmamasıdır. Artıq sərnişinnəqliyyatdan onlar da tam yararlana biləcək.

AzVision.az xəbər verir ki, Nəqliyyat Nazirliyi əlilləri nəzərə alaraq Bakıya yeni avtobusların gətirilməsini reallaşdıracaq ki, həmin avtobuslarda quraşdırılan panduslar vasitəsilə əlil insanlar da onlardan istifadə edə biləcəklər.

Birinci qrup əlil Saleh Əzizli deyir ki, onun kimi xəstələr üçün bu çətindir, istədiyim yerə çox gedib-gələ bilmirəm, avtobusa minə bilmirəm, anam qaldırıb-düşürə bilmir. Amma liftli avtobuslar olsa, xaricdəki kimi, biz də rahat minib düşə bilərik.

Xarici ölkələrdə əlillərə yaradılan şəraitin Azərbaycanda da tətbiq olunmasını istəyən 23 yaşlı birinci qrup əlil olan müsahibim, indi ictimai nəqliyyatdan istifadənin çox çətin olduğunu deyir. İstismarda olan avtobusların heç birinə minə bilməyən Saleh Əzizli, ancaq London taksilərindən istifadə edir. Bu taksilərdə əlil arabalarının qalxıb-enməsi üçün şərait var. Amma bu da müsahibimin cibinə görə deyil.

Saleh Əzizli bildirir ki, balaca taksiyə minmək üçün məni kimsə, götürməlidir qucağına və taksiyə mindirməlidir. Ancaq London taksiləri vasitəsilə gedib-gəlirəm, bu da mənim büdcəmə ziyan edir.

Bu gün ictimai nəqliyyatdan istifadə edə bilməyən əlil, təkcə Saleh deyil. Bu, ölkədəki 530 min əlilin problemidir. Onların bir yerdən, digər bir yerə getməsi çətinliklə başa gəlir. Elə bu məsələ Nəqliyyat Nazirliyinin də diqqətindədir. Nazirliyin mətbuat xidmətinin rəhbəri problemi aradan qaldırmaq üçün bir neçə mütəxəssisin Almaniya, Koreya və Özbəkistanda araşdırma apardıqlarını dedi. Öyrənilən təcrübənin isə tətbiqinə çox az qalıb.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, dünyada bir neçə praktika var, bir əlillər üçün xüsusi avtobuslar var, onları hər gün işə aparıb gətirir, bir də var ki, işləmir evdən çxıb harasa, istirahət etmək üçün gedir. Onların sayı az olduğu üçün gətirilən yeni avtobuslarda əlillər üçün xüsusi yer nəzərdə tutulur.

Artıq bu avtobuslara əlil arabaları ilə birgə qalxıb-düşə biləcəklər. Ancaq bu cür şərait paytaxtda gətirilən yeni avtobuslarda olacaq. İstifadədə olan digər avtobuslara da tətbiq olunması nəzərdə tutulmur.

Namiq Həsənov qeyd etdi ki, avtobusa intensiv minib-düşən sərnişinlər arasında fiziki qüsuru olan insanların faizinin çox az olduğundan, onlar üçün ancaq bir köşə nəzərdə tutulur: “Yəni bütöv bir avtobus əlillər üçün nəzərdə tutulmayıb. İndi inşallah yeni avtobuslar gətiriləcək. Bu məsələlərin həlli də nəzərdə tutulur.”

Əlillər üçün şəraitin yaradıldığı avtobusların bu ilin sonuna qədər gətirilməsi gözlənilir.

Gediş haqqına gəlincə isə bu, avtobuslarda standart qiymət tətbiq olunacaq.



Ans Press


Teqlər:





Xəbər lenti