Sabah 33 dərəcə isti olacaq

Sabah 33 dərəcə isti olacaq
  01 May 2014    Oxunub:884
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, mayın 3-də Azərbaycanda havanın temperaturu aşağı olacaq.

Mayın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, axşama dorğu şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-13, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Günün birinci yarısında yarımadanın bəzi yerlərində 29 dərəcəyə kimi isti olacaq.

Mayın 3-də isə Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 19-24 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində mayın 2-də gündüz hava əsasən yağmursuz olacaq. Gecə və axşam bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 25-30, bəzi yerlərdə 33 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 6-11, gündüz 19-24 dərəcə isti təşkil edəcək.


Teqlər:





Xəbər lenti