Yeniyetmələrin şahmat olimpiadası davam edir – FOTOLAR

   Yeniyetmələrin şahmat olimpiadası davam edir –    FOTOLAR
  24 Avqust 2022    Oxunub:2122
Zaqatala Olimpiya kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 16 yaşadək yeniyetmələrin Respublika Şahmat olimpiadası davam etməkdədir. Olimpiadada ölkənin bütün şəhər və rayonlarının şahmat məktəbləri və klubları iştirak edir.

Ümumilikdə 503 yeniyetmə bu yarışda birincilik uğrunda mübarizə aparır. 11 turdan ibarət olan yarış avqustun 22-də başlayıb və ayın 31-də başa çatacaq. Olimpiadanın baş hakimi Qüdrət İsmayılovdur. Bu yarışı iştirakçı sayına görə Azərbaycanda ən kütləvi şahmat turniri hesab etmək olar.


Ölkəmizdə belə kütləvi yarışların təşkili çox sevindirici haldır. Yüzlərlə güclü şahmatçılar məhz belə kütləvi yarışlarda iştirak edərək fərqləniblər. Artıq 3 gündür davam edən maraqlı mübarizəli oyunlar şagirdlərimizdə böyük həvəs və marağa səbəb olub.


Qax rayon Gənclər Şahmat məktəbinin məşqçi-müəllimi Pərvanə İsmayılova bildirib ki, Qax rayonu bu yarışda 34 şahmatçı yeniyetmə ilə təmsil olunur: “Ümid edirik ki, Qax rayonu olaraq bu yarışdan yadda qalan uğurlar əldə edəcəyik. Bunun üçün məndə öz növbəmdə Qax Şahmat məktəbinin məşqçi müəllimi kimi əlimdən gələni əsirgəmirəm və bu yarışda şagirdlərimlə birlikdə çox fəal iştirak edirəm. Fürsət tapmışkən öz adımdan və Qax rayon Gənclər və İdman Şahmat məktəbi adından yarış təşkilatçılarına xüsusi ilə də Gənclər və İdman Naziri cənab Fərid Qayıbova və Azərbaycan Şahmat Federasiyasının Prezidenti hörmətli Mahir Məmmədova dərin təşəkkürümü bildirirəm”.








Teqlər:





Xəbər lenti