Bu gün 28 dərəcə isti olacaq

Bu gün 28 dərəcə isti olacaq
  01 May 2014    Oxunub:998
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-14, günün birinci yarısında 20-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 01-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti