Qadınlardan ibarət millimizin üzvü "Fənərbaxça"da

Qadınlardan ibarət millimizin üzvü "Fənərbaxça"da
  22 Avqust 2022    Oxunub:1206
"Fənərbaxça"nın qadınlardan ibarət komandası heyətini yeni futbolçu ilə gücləndirib.
AzVision.az xəbər verir ki, İstanbul təmsilçisi Azərbaycan milli komandasının üzvü Nazlıcan Parlakı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi ilə 2022/2023 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Nazlıcan Parlak son olaraq Türkiyənin "Konak Belediyespor" klubunda çıxış edib.

AzVision.az


Teqlər:





Xəbər lenti