İrina Zaretskaya İslamiadanın ikiqat qalibi olub

   İrina Zaretskaya  İslamiadanın ikiqat qalibi olub
  18 Avqust 2022    Oxunub:1057
V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi karate (kumite) üzrə təmsil edən İrina Zaretskaya ardıcıl ikinci dəfə bu turnirin qalibi olub.
68 kq-da çıxış edən Ukrayna əsilli idmançı 2017-ci ildə Bakıda olduğu kimi, bu dəfə də finalda qalib gələrək qızıl medalı qazanıb.

Pənah Abdullayev (84 kq) finalda uduzub və gümüş medalla kifayətlənib. İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata komandası isə bürünc medal uğrunda mübarizədən məğlub ayrılaraq medalsız qalıb.

AzVision.az



Teqlər:





Xəbər lenti