Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər

   Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər
  18 Avqust 2022    Oxunub:926
Qazaxıstan Respublikasında keçirilən "Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsində gecə atışları icra olunub.
MN-dən AzVision.az -a verilən məlumata görə, maneələr zolağını və minalanmış ərazini keçən artilleriyaçılarımızın ikinci heyəti işıqlandırılan hədəfləri minaatan, qumbaraatan və avtomatlardan atəş açmaqla məhv edib.

Bütün tapşırıqların öhdəsindən bacarıqla gələn hərbi qulluqçularımız hakimlərin qərarına əsasən mərhələni üçüncü yerdə başa vurublar. Qeyd edək ki, beynəlxalq müsabiqədə Azərbaycan ilə yanaşı, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Venesuella və Zimbabve komandaları iştirak edir.

AzVision.az



Teqlər:





Xəbər lenti