ABŞ “CV-22 Osprey” konvertoplanlarının istismarını dayandırır
Xatırladaq ki, ABŞ silahlı qüvvələri 2018-ci ilin oktyabrında özünün helikopter kimi havaya qalxan və təyyarə kimi hərəkət edən 5 ədəd “Osprey” konvertoplanını Tokio prefekturasına daxil olan Yokota hərbi-hava qüvvələri bazasında yerləşdirib. 2024-cü ilədək bu bazadakı aparatların sayının 10-na çatdırılması nəzərdə tutulurdu. Buna qədər isə 24 belə aparat Yaponiyanın cənubunda yerləşən Okinava adasına yerləşdirilmişdi və burada ABŞ dəniz piyadaları tərəfindən istifadə edilirdi. Yaponiya özünümüdafiə qüvvələrinin də ABŞ-dan 17 belə uçuş aparatı aldığı qeyd edilir.
Əlavə olunur ki, “Osprey” konvertoplanlarının istismara daxil edilməsindən sonra bu aparatlarla əlaqədar çoxsaylı hadisələr qeydə alınıb. Belə ki, iki belə aparat 2012-ci ildə Floridada və Mərakeşdə qəzaya uğrayıb. 2016-cı ildə İran körfəzində baş verən qəzada isə bir dəniz piyadası həlak olub. Bundan əlavə 2017-ci ilin avqustunda Avstraliyanın şərq sahillərində növbəti qəza qeydə alınıb. Yaponiya ərazisində də “Osprey” konvertoplanları ilə bağlı çoxsaylı kiçik qəza baş verib və bu yerli əhali tərəfindən narazılıqla qarşılanıb.
AzVision.az
Teqlər: