İlon Mask “Mançester Yunayted”i alıb - YENİLƏNİB

 İlon Mask “Mançester Yunayted”i alıb -  YENİLƏNİB
  17 Avqust 2022    Oxunub:1143
“Tesla”nın rəhbəri, milyarder İlon Mask İngiltərənin "Mançester Yunayted" futbol klubunu satın almayıb.
Bu barədə İ.Mask tviter səhifəsində paylaşım edib. Milyarder bunun sadəcə zarafat olduğunu vurğulayıb.

"Xeyr, bu tviterdə köhnə bir zarafatdır. Mən heç bir idman komandası almıram" - deyə, o bildirib.

***

“Tesla”nın rəhbəri, amerikalı milyarder İlon Mask İngiltərənin ən titullu futbol klublarından birini - "Mançester Yunayted"i satın aldığını açıqlayıb.

Bu barədə İlon Mask tviter səhifəsində yazıb. "Aydın olmaq üçün: mən Respublikaçılar Partiyasının sol yarısını və Demokratlar Partiyanın sağ yarısını dəstəkləyirəm. Həmçinin, "Mançester Yunayted"i satın alıram, xoş gəlmisiniz", - İlon Mask sosial şəbəkə hesabında yazıb.

O, hələlik müqavilə və futbol klubu ilə bağlı planlar barədə heç bir məlumat verməyib.

“Mançester Yunayted” 1878-ci ildə qurulub. Bu, İngiltərənin titulların sayına görə ən uğurlu klublarından biridir. Əvvəllər “Forbes” bütün aktivləri ilə birlikdə klubun dəyərini 4,6 milyard ABŞ dolları qiymətləndirib.

AzVision.az



Teqlər:





Xəbər lenti