"Dinamo" pley-off oyununa çıxır - Mahir ehtiyatda

"Dinamo" pley-off oyununa çıxır -    Mahir ehtiyatda
  16 Avqust 2022    Oxunub:1236
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.
AzVision.az xəbər verir ki, Zaqreb təmsilçisi "Budö Qlimt"lə (Norveç) səfərdə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Mahirin adı ehtiyat oyunçular arasındadır.

Bu komandalar arasında avqustun 24-ü Xorvatiyada oynanılacaq cavab görüşü də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Çempionlar Liqası, pley-off mərhələsi

İlk oyun

23:00. "Budö-Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya)

Baş hakim: Denni Makkeli (Niderland)

"Aspmira" stadionu.

AzVision.az



Teqlər:





Xəbər lenti