Azərbaycan İslamiadada üzgüçülükdə ilk qızıl medalını qazanıb

Azərbaycan İslamiadada üzgüçülükdə ilk qızıl medalını qazanıb
  16 Avqust 2022    Oxunub:1036
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb.
AzVision.az xəbər verir ki, üzgüçü Ramil Vəlizadə finişə hamıdan tez çatıb.

O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərib.

Qeyd edək ki, bu, Azərbaycanın qazandığı 22-ci qızıl medaldır.

AzVision.az



Teqlər:





Xəbər lenti