Tehran Aİ-nin nüvə sazişi təkliflərinə gecə yarısına qədər cavab verəcək

   Tehran Aİ-nin nüvə sazişi təkliflərinə gecə yarısına qədər cavab verəcək
  15 Avqust 2022    Oxunub:770
Tehran gecə yarısına qədər (Bakı vaxtı ilə 23:30) Avropa İttifaqının İranın nüvə sazişi üzrə danışıqlar üzrə koordinatoru Enrike Moreyə Avropa tərəfinin təkliflərinə yazılı cavab verəcək.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Əmirabdullahian bəyan edib. Onun sözlərinə görə, Vyanada keçirilən son danışıqlarda Amerika tərəfi iki məsələdə çeviklik nümayiş etdirməyə hazır olduğunu şifahi olaraq bəyan etdi, lakin yazılı təminatlar yerinə yetirilməlidir.

“ABŞ-ın cavabı realist və çevik olarsa, o zaman razılıq əldə olunacaq, əks halda danışıqlar aparılacaq daha çox şey olacaq”deyə, o bildirib.


AzVision.az


Teqlər:





Xəbər lenti