Sakin: "Zabuxda bir nəfər də erməni olmayıb" - VİDEO

      Sakin:    "Zabuxda bir nəfər də erməni olmayıb" -    VİDEO
  15 Avqust 2022    Oxunub:536
Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır.
AzVision.az -ın məlumatına görə, Laçın rayon Zabux kənd sakini Məhər Quliyev bildirib ki, Laçın rayonunun digər kəndlərində olduğu kimi, Zabuxda da keçmişdən köklü şəkildə məskunlaşmış bir nəfər də erməni olmayıb, onların Azərbaycan ərazilərinə qarşı olan iddiaları yersizdir.

Tezliklə dogma yurdlarına qayıdacağını bildirən M. Quliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Zabux və Sus kəndinin sakinləri fikir və duyğularını bölüşür, tarixən Azərbaycana məxsus olan həmin torpaqlarda əvvəllər ermənilərin yaşamadıqlarını bildirirlər.



AzVision.az

Teqlər:







Xəbər lenti