Nizamnamələrin tələblərini və əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək

   Nizamnamələrin tələblərini və əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək
  13 Avqust 2022    Oxunub:1157
Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozanlara qarşı qətiyyətli tədbirlərin davam etdirilməsini tapşırıb.
AzVision.az -ın xəbərinə görə, müşavirədə şəxsi heyətin nizam-intizamı, mənəvi-psixoloji durumu barədə danışan müdafiə naziri təlim-tərbiyə işinin təşkili istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.

İnformasiya təhlükəsizliyinin qorunması, o cümlədən xidməti məlumatların, hərbi və dövlət sirlərinin sosial şəbəkələrdə yayılmasının yolverilməz olması barədə maarifləndirici söhbətlərin aparılmasının vacibliyini qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti