İçməli sudan qanunsuz istifadə ilə bağlı 660 fakt aşkarlanıb

İçməli sudan qanunsuz istifadə ilə bağlı    660 fakt    aşkarlanıb
  13 Avqust 2022    Oxunub:1253
Bu ilin iyul ayında “Azərsu” ASC üzrə içməli sudan qanunsuz istifadə ilə bağlı 660 fakt aşkarlanıb.
Bu barədə AzVision.az -a qurumdan bildirilib.

Məlumata görə, bunun 557-i Bakı, Sumqayıt və Abşeronda, digərləri isə bölgələrdə qeydə alınıb.

Həmin hallar üzrə 174 min kubmetr həcmində sərfiyyata görə vəsait bərpa olunub.

Paytaxtda içməli sudan ən çox qanunsuz istifadə halı 146 olmaqla Binəqədi rayonunda qeydə alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti