Koronavirus əleyhinə vurulan vaksinlərin sayı 14 milyona çatdı

  Koronavirus əleyhinə vurulan vaksinlərin sayı   14 milyona  çatdı
  09 Avqust 2022    Oxunub:1085
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 688 vaksin vurulub. Bu barədə AzVision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 280, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 94, üç və daha çox doza vaksin vurduranların sayı 1 129, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 185 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 830 718, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 796, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 957, üç və daha çox doza vaksin vurduranların sayı 3 346 862, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 103 təşkil edir.

AzVision.az



Teqlər:





Xəbər lenti