Çinə cavab olaraq Tayvan da təlimlərə başladı
"Tayvan boğazı vasitəsilə Şərqi və Cənubi Çin dənizlərinə nəzarət etmək və ABŞ və müttəfiqlərinin bizə yardım etməsinə mane olmaq da planlarına daxildir".
Çin təlimlərə başlama səbəbinin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfəri olduğunu desə də Vu bildirib ki, rəsmi Pekin bundan bəhanə kimi istifadə edir. Pelosinin səfərindən sonra Çin Tayvanın ərzaq idxalına qadağa qoyub və hərbi təmaslardan tutmuş transmilli cinayət və iqlim dəyişikliyi ilə mübarizəyə qədər bir sıra məsələlərdə ABŞ ilə dialoqu kəsib.
ABŞ-ın Pekinə hörmət əlaməti olaraq Tayvanla rəsmi diplomatik əlaqələri yoxdur. Lakin ABŞ qanuni olaraq adanın özünümüdafiə edə bilməsini təmin etmək və ona qarşı bütün təhdidlərə, o cümlədən blokada kimi ciddi narahatlıq doğuran məsələlər zamanı təhlükəsizliyi təmin etməyə borcludur. Bu, Çinin Tayvana hücum edəcəyi təqdirdə Vaşinqtonun lazımi qüvvələri göndərib-göndərməyəcəyini sual altında qoyur.
AzVision.az
Teqlər: