Bojikdən "Qarabağ"a tərif

Bojikdən "Qarabağ"a tərif
  02 Avqust 2022    Oxunub:1294
"Komandanın qarşısında çox çətin vəzifə durur. Çünki rəqibin böyük avrokubok təcrübəsi var. Onlar artıq Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qrup mərhələsində çıxış ediblər".
AzVision.az -ın məlumatına görə, bunu Macarıstan millisinin sabiq kapitanı və baş məşqçisi Peter Bojik "Ferentsvaroş"un Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçı barədə danışarkən deyib.

61 yaşlı mütəxəssis bildirib ki, Budapeşt təmsilçisi hər iki qarşılaşmada konsentrasiyalı oyun göstərməlidir: "Müdafiədən başlayaraq, meydandakı vəziyyətə mümkün qədər uyğunlaşmaq lazımdır. Amma mən narahat deyiləm, Komandada elə çox futbolçular var ki, onlar kifayət qədər yaxşı sürətə malikdirlər və istənilən görüşün taleyini həll edə bilərlər".

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti