Qazaxda ağır qəza: türk sürücü öldü

Qazaxda ağır qəza: türk sürücü öldü
  29 Aprel 2014    Oxunub:1073
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 326-cı kilometrliyində “TIR” markalı yük avtomobili idarəetməni itirərək qarışısında hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ağır deformasiyaya uğramış “TIR” markalı yük avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Hasan Ayan İsmət oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər H.Ayanın cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 01:35-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti