Əhaliyə 3 mlrd. manatdan çox sosial ödəniş edilib

Əhaliyə 3 mlrd. manatdan çox sosial ödəniş edilib
  29 İyul 2022    Oxunub:1223
Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2022-ci ilin 6 ayında da davam edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az -a bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin birinci yarımili ərzində həmin sosial təminat növləri üzrə əhaliyə 3 mlrd. 247 mln. manat vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz və ya 235,3 mln. manat çoxdur.


AzVision.az



Teqlər:





Xəbər lenti