“Qarabağ” İsveçrəyə gedir

“Qarabağ” İsveçrəyə gedir
  24 İyul 2022    Oxunub:1538
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Sürix" ilə qarşılaşacaq "Qarabağ" sabah - iyulun 25-i İsveçrəyə yollanacaq.
AzVision.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb

Komandanı Sürix şəhərinə aparacaq təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

İyulun 26-da saat 18:40-da (Bakı vaxtı ilə 20:40) baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 19:00-da isə (Bakı vaxtı ilə 21:00) matçın keçiriləcəyi "Letsiqrund" stadionunda “Qarabağ”ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, "Sürix" - "Qarabağ" oyunu iyulun 27-də Bakı vaxtı ilə 21:00-da baş tutacaq. İlk matçda Ağdam təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti