Yaponiya iyunda Rusiyadan neft idxalını sıfıra endirib

Yaponiya iyunda Rusiyadan neft idxalını sıfıra endirib
  22 İyul 2022    Oxunub:1183
Yaponiya iyun ayında Rusiyadan neft idxalını sıfıra endirib, eyni zamanda mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü artırıb.
Bunu Yaponiya maliyyə departamentinin dərc olunmuş statistikasında göstərilib. LNG idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 26,4% artaraq 617 min tona çatıb, Yaponiya isə bunun üçün 2,2 dəfə çox - 55,3 milyard yen (indiki məzənnə ilə 398,6 milyon dollar) ödəyib. Rusiya kömürünün tədarükü də öz növbəsində 59,5% azalaraq 765 min tona düşüb.

Maliyyə Nazirliyinin məlumatına görə, iyunda Rusiyadan Yaponiyaya idxalın həcmi 22,9% artaraq 153,9 milyard yenə (1,1 milyard dollar), Yaponiyadan Rusiyaya ixracın həcmi isə 49,9% azalaraq 39,8 milyard yenə (286,9 milyon dollar) düşüb.


AzVision.az



Teqlər: Neft  





Xəbər lenti