"2022-ci ildə antidopinq pozuntuları çoxalıb" - AMADA

   "2022-ci ildə antidopinq pozuntuları çoxalıb" -    AMADA
  20 İyul 2022    Oxunub:1202
Bəzi federasiyalara maarifləndirici tədbirlərin aparılmasını deyəndə onlar tərəfindən çətinliklərlə rastlaşırıq. Onlar bunu ya istəmir, ya da gecikdirirlər.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli deyib. O bildirib ki, maarifləndirici tədbirlərin əhəmiyyətini bir çox federasiyalar başa düşür.
"Biz maarifləndirmə proqramına önəm veririk və istərdik ki, federasiyalar da bunu başa düşsün".

Ş.Hüseynli 2022-ci ildə antidopinq pozuntularının çoxaldığını qeyd edib:
"Düzdür idmandakı uğurlarımızın sayı artır. Lakin pandemiya dövrü və ondan əvvəlki dövrlə müqayisədə pozuntuların sayı getdikcə artır".

AMADA-nın sanskiya vermək hüququna malik bir orqan olduğunu deyən Ş.Hüseynli bir sıra şikayətlərin də daxil olduğunu vurğulayıb:

"Hətta idmançılarımız antidoping testlərinin onlarda stressə səbəb olduğunu bildirirlər. Lakin hamı bilməlidir ki, antidopinq artıq idmanın bir hissəsidir. Buna görə də bütün idmançılar antidopinq testlərindən keçməlidirlər. AMADA bütün qaydalara uyğun olaraq fəaliyyət göstərir".

AzVision.az





Teqlər:





Xəbər lenti