6 ayda dövlətin 150-yə yaxın torpaq sahəsi özəlləşdirilib
Nazirin sözlərinə görə, özəlləşdirməyə açılan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisələrinin investisiyalara cəlb edilməklə özəlləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.
“İnvestisiya müsabiqələri nəticəsində özəlləşdirilmiş “Azərtütün” və “Şəki Şərab” MMC üzrə investorlar dövlət büdcəsinə 8,3 milyon manat pul köçürüb. Bağlanmış müqavilələrə əsasən, 12,7 milyon manatdan artıq sərmayə qoyuluşunu nəzərdə tutan investisiya proqramlarının icrası çərçivəsində artıq 7,5 milyon manata yaxın məbləğdə investisiya qoyulub, 350 iş yeri yaradılıb, müəssisələrin fəaliyyəti tam bərpa olunub. “Gəncə xalça kombinatı”nın öz profili üzrə fəaliyyətinin dirçəldilməsi və inkişafı ilə bağlı investisiya layihəsinin həyata keçirilməsi məqsədilə hazırlıq işləri gedir və yekun mərhələdədir”, - deyə o, qeyd edib.
AzVision.az
Teqlər: