Bakıda 100 min manatadək olan mənzillərə təlabat artıb

   Bakıda 100 min manatadək olan mənzillərə təlabat artıb
  14 İyul 2022    Oxunub:1175
Bakıda mənzillərin qiymətində baş verən artımın həcmi açıqlanıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) AzVision.az -a veriloən məlumata görə, iyun ayında mənzil bazarında qiymət artımları davam edib.

Xüsusən qiyməti 100 min manatadək olan mənzillərə tələbin artması müşahidə olunub.

Qiyməti 100 min manatadək olan mənzillərin qiymətində 7 faiz artım qeydə alınıb. 100-300 min manat qiymət aralığında təklif olunan mənzillr 4 faiz dəyər qazanıb. 300 min manatdan baha təklif edilən mənzillərin qiymətində xüsusi dəyişiklik qeydə alınmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti