"Qarabağ" "Lex"ə qarşı

   "Qarabağ" "Lex"ə qarşı
  12 İyul 2022    Oxunub:1609
"Qarabağ" bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə cavab oyununa çıxacaq.
AzVision.az xəbər verir ki, ilk matçda 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi Polşa klubu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.

Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda mərhələni adlasa, 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə üz-üzə gələcək. Məğlub tərəf isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində yarışacaq. "Qarabağ" "Lex" səddini keçməsə, bu mərhələdə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti