Avropada təbii qazın qiyməti 1 800 dolları ötüb

   Avropada təbii qazın qiyməti 1 800 dolları ötüb
  05 İyul 2022    Oxunub:968
Avropa bazarında qazın qiyməti min kubmetr üçün 1 800 ABŞ dollarını ötüb.
AzVision.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın fyuçerslərinin qiyməti artaraq 1 804,9 dollara çatıb. Bu isə ötən günlə müqayisədə 13% daha artıqdır.

İyulun 4-də Norveç Neft Assosiasiyası bildirib ki, Norveçdə bəzi dəniz yataqları tətilə görə fəaliyyətini dayandıracaq, nəticədə ümumi hasilatı 13%-i azalacaq.

AzVision.az



Teqlər: Qaz  





Xəbər lenti