DSMF-nin büdcəsinin gəlirləri və xərcləri artırılıb
Qanuna əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirləri olaraq müəyyən edilmiş göstərici 299 499 497,0 manat artırılaraq 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslılığı prinsipi gözlənilməklə onun büdcəsinin xərcləri isə eyni həcmdə artırılmaqla 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata çatdırılıb. Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri 5,6 faiz artırılır.
AzVision.az
Teqlər: DSMF