Rusiya 47 min qırğızın ölkəyə giriş qadağasını ləğv etdi

Rusiya 47 min qırğızın ölkəyə giriş qadağasını ləğv etdi
  02 İyul 2022    Oxunub:1510
Rusiya 47 min Qırğızıstan vətəndaşı üçün ölkəyə giriş məhdudiyyətini aradan qaldırıb.
AzVision.az bu barədə bu ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir. Məlumata görə, əvvəllər Rusiya Federasiyası ərazisinə girişi qadağan olunmuş Qırğızıstan vətəndaşlarının siyahısı xeyli azaldılıb. Qadağa Rusiya Federasiyasında törədilən “xırda inzibati xətalar”la əlaqədar tətbiq edilib.

Bu, 2022-ci ilin mayında Rusiya Federasiyasında Qırğızıstan Respublikası vətəndaşlarının hüquqi statusunun təmin edilməsi məsələsi üzrə yüksək səviyyəli danışıqlar nəticəsində mümkün olub.

AzVision.az



Teqlər:





Xəbər lenti