JPMorgan Chase: Neftin qiyməti 380 dollara yüksələcək

      JPMorgan Chase:    Neftin qiyməti 380 dollara yüksələcək
  02 İyul 2022    Oxunub:1644
ABŞ-ın ən böyük banklarından biri olan JP Morgan Chase-in analitikləri bildirirlər ki, Rusiya Qərbin sanksiyalarına cavab olaraq neft hasilatını əhəmiyyətli dərəcədə azaldacağı təqdirdə neftin qiyməti bir barel üçün 380 dollara qədər yüksələ bilər.
Bu barədə Bloomberg məlumat yayıb. Qeyd olunur ki, Rusiya neftinin gündəlik tədarükünün sutkada 3 milyon barel azalması nəticəsində London birjasında yanacağın bir barelinin dəyəri 190 dollara çatacaq.Ən pis ssenaridə Rusiyanın tədarükünü gündə 5 milyon barel azaltması gözlənilir. Bu ssenaridə neftin qiyməti 380 dollar/barelə çata bilər.

Bankın analitikləri hesab edirlər ki, Rusiya tərəfi onun neftinin qiymətinin ABŞ və Avropa İttifaqı tərəfindən məhdudlaşdırıldığı halda belə bir addım ata bilər. JP Morgan Chase qeyd edir ki, Rusiya digər ölkələrdən fərqli olaraq belə addımları atmaq üçün imkanları mövcuddur.

AzVision.az



Teqlər:





Xəbər lenti