“Qazprom” ötən il üçün dividend ödəmədi: Səhmələri ucuzlaşdı

   “Qazprom” ötən il üçün dividend ödəmədi:    Səhmələri ucuzlaşdı
  30 İyun 2022    Oxunub:2276
“Qazprom”un səhmdarları illik yığıncaqda 2021-ci il üçün dividendlərin ödənilməsi ilə bağlı qərar qəbul etməyiblər.
“Qazprom”un İdarə Heyətinin sədr müavini Famil Sadıqov vəziyyəti belə şərh edib: Səhmdarlar qərara gəliblər ki, hazırkı vəziyyətdə 2021-ci il üçün dividendlərin ödənilməsi məqsədəuyğun deyil. Hazırda “Qazprom”un prioritetləri investisiya proqramının həyata keçirilməsi, o cümlədən Rusiya Federasiyasının regionlarının qazlaşdırılması və qarşıdan gələn qışa hazırlıqdır. Və təbii ki, biz daha yüksək vergilərin ödənilməsi ilə bağlı öhdəliklərimizi yerinə yetirməyə hazır olmalıyıq”.

“Qazprom”un səhmlərinin qiyməti şirkətin səhmdarlar yığıncağının dividendlərin ödənilməməsi barədə qərarından dərhal sonra 30% ucuzlaşıb. Moskva birjası şirkətin səhmlərinin ticarətini dayandırıb və diskret hərrac keçirib.

Xəbər verildiyi kimi, 2021-ci il üçün bir səhm üçün 52,53 rubl ödənilməsi təklif edilib(cəmi 1,244 trilyon rubl - Red).

“Qazprom”un nizamnamə kapitalı 23,674 milyard adi səhmdən ibarətdir. Dövlət səhmlərin 50%-dən çoxuna birbaşa (38,37%) və dövlət şirkətləri olan “Rosneftegaz” ASC (10,97%) və “Rosqazifikatsiya” (0,89%) vasitəsilə nəzarət edir.

AzVision.az



Teqlər: Qazprom  





Xəbər lenti