Ombudsmanın maaşı artırılır

   Ombudsmanın maaşı artırılır
  29 İyun 2022    Oxunub:835
İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) maaşı artırılır.
AzVision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, ombudsmanın 2230 manat müəyyən edilən vəzifə maaşı artırılaraq 3060 manata çatdırılıb. Bundan əlavə, müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində əlavə ödəniləcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

AzVision.az

Teqlər:







Xəbər lenti