Əli Əsədov Ələt Azad İqtisadi Zonasına baş çəkib

  Əli Əsədov  Ələt Azad İqtisadi Zonasına baş çəkib
  25 İyun 2022    Oxunub:1174
İyunun 25-də Baş nazir Əli Əsədov Ələt Azad İqtisadi Zonasında aparılan işlərlə yerində tanış olub.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müvafiq qurumların rəhbərləri ilə Ələt Azad İqtisadi Zonasına ayrılan torpaq sahəsi, maliyyə vəsaiti, su və energi təchizatı məsələləri və qarşıda duran vəzifələr müzakirə olunub və konkret tapşırıqlar verilib.

Daha sonra Baş nazir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində terminalların iş prinsipi və icra edilən infrastruktur layihələri üzrə görülən işlərlə tanış olub.

Azərbaycanda nəqliyyat və logistika sahəsində infrastrukturun hazırki vəziyyəti, rəqəmsallaşma, beynəlxalq yükdaşımalarda mövcud potensialın artırılması, artan tranzit yüklərin sürətli buraxılması üçün lazımi tədbirlərin görülməsi və bu sahədə qabaqcıl dünya təcrübəsinin, müasir innovativ həllərin tətbiqi və perspektiv layihələr ilə bağlı müzakirələr aparılıb və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Görüşlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, rəqəmsal inkişaf və nəqliyyat naziri və sahə üzrə məsul şəxslər və rəhbərlər iştirak ediblər.

AzVision.az



Teqlər: Əsədov   Ələt  





Xəbər lenti