Türkiyə Azərbaycana kərə yağı ixracını 34 dəfə artırıb

Türkiyə Azərbaycana kərə yağı ixracını 34 dəfə artırıb
  25 İyun 2022    Oxunub:922
Bu ilin ilk dörd ayında Azərbaycan xaricdən 37,165 milyon ABŞ dolları dəyərində 6 min 848 ton kərə yağı alıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 44,5%, kəmiyyət olaraq – 30% çoxdur. Yeni Zelandiyadan 16,542 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 39,2% artıb) 2 min 743 ton (+5,7%);

İrandan 9,569 milyon ABŞ dolları dəyərində (+38,3 dəfə) 2 min 259 ton (+36,1 dəfə);

Ukraynadan 2,896 milyon ABŞ dolları dəyərində (-48,2%) 473 ton (-57,2%);

Finlandiyadan 2,073 milyon ABŞ dolları dəyərində (+38,7%) 375,69 ton (+44,2%);

Belarusdan 1,976 milyon ABŞ dolları dəyərində (-39%) 307,23 ton (-51%);

Türkiyədən 1,397 milyon ABŞ dolları dəyərində (+23,7 dəfə) 268,44 ton (+33,5 dəfə) məhsul gətirilib.

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 621,61 min ABŞ dolları dəyərində 119 ton kərə yağı ixrac edib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 621 dəfə və 626 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan bu məhsulu ancaq Rusiyaya satıb. Bir il əvvəl həmin ölkəyə tədarük həyata keçirilməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti