Neftin qiyməti 85 dollar səviyyəsində nəzərdə tutulacaq
Sənəddə bildirilib ki, qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı yüksək qiymət gözləntiləri nəzərə alınaraq, iqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barrelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları səviyyəsində götürülüb.
Belə ki, bu ilin 5 ayında “Azeri Light” markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, bundan əvvəl büdcədə neftin bir barrelinin qiyməti 50 ABŞ dolları səviyyəsində götürülmüşdü.
AzVision.az
Teqlər: