Bakı Dövlət Sirkinin direktoru işdən çıxdı

   Bakı Dövlət Sirkinin direktoru işdən çıxdı
  16 İyun 2022    Oxunub:2607
Bakı Dövlət Sirkinin direktoru işdən ayrılıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı sirkin mətbuat xidmətindən təsdiq ediblər. Bildirilib ki, Bakı Dövlət Sirkinin Direktoru Elmir Hüseynov öz ərizəsi ilə işdən ayrılıb.

“E. Hüseynov bu ayın 1-i işdən ayrılıb. Heç bir nöqsandan söhbət gedə bilməz.
Vəzifəyə gəldiyi gündən, keçən bu 1 il ərzində çox işlər görüb. Sadəcə başqa vəzifəyə təyinat alıb. Buna görə də işdən ayrılması ilə bağlı özü ərizə verib”.

Xatırladaq ki, E.Hüseynov ötən ilin mart ayında mədəniyyət naziri Anar Kərimovun əmri ilə bu vəzifəyə təyin olunmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti