Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb - Nazir müavini

   Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb -    Nazir müavini
  16 İyun 2022    Oxunub:1194
Biznes mühiti sahəsində ölkədə həyata keçirilən işlər, həmçinin sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfənin nəticəsi olaraq son 18 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.

O qeyd edib ki, ölkə üzrə fəaliyyət göstərən sahibaklıq subyektlərinin 99 %-i KOB subyektləridir, bu, kiçik və orta sahibkarlığın ölkədə böyük potensiala malik olduğunu göstərir.

"2022-ci ilin göstəricilərinə görə, ölkədə indiyənə qədər qeydiyyata alınmış hüquqi sahibkarların sayı 170 mindən çox, fərdi sahibkarların sayı isə 940 təşkil edib . Bu rəqəmlər sahibaklıq sahəsində inkişafın əsas göstəriciləridir".

Nazir müavini deyib ki, KOB subyektlərinin dəstəklənməsi , onların inkişafı, maraqların müdafiəsi sahəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin gördüyü işlər xüsusi qeyd edilməlidir. Bu işlərin getdikcə miqyası, keyfiyyəti və əhatə dairəsi artır. Ötən dövrdə qeyd edilən istiqamətlər üzrə bir sıra sistemli dəstək tədbirləri həyata keçirilib. Bunların sırasında daxili bazar araşdırmaların dəstəklənməsi, innovativ proqramlar üzrə qrantların verilməsi, sahibakların bilik və bacarıqlarının artırılması kimi işləri qeyd edə bilərik".

AzVision.az



Teqlər:





Xəbər lenti