Fəhlə iş yoldaşını yumruqla öldürdü

Fəhlə iş yoldaşını yumruqla öldürdü
  09 İyun 2022    Oxunub:1451
Masallı rayonunda fəhlə iş yoldaşını öldürüb.
Rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, iyunun 8-də 1992-ci il təvəllüdlü Qadir Hüseynova rayon ərazisində xəsarət yetirilməsi və aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı, 2002-ci il təvəllüdlü Hüseynxan Cəfərov fəhlə kimi çalışdıqları ərzaq anbarında aralarında baş verən mübahisə zamanı Qadir Hüseynovun baş nahiyəsinə yumruq vurmaqla xəsarət yetirib, nəticədə o, almış olduğu xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hüseynxan Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti