İstedad sərhəd tanımır - Uşaqlar üçün sərgidən FOTOLAR

   İstedad sərhəd tanımır    - Uşaqlar üçün sərgidən    FOTOLAR
  28 May 2022    Oxunub:323
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 28 May Müstəqillik günü və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib.
AzVision.az xəbər verir ki, dövlət qurumlarının rəsmilərinin, QHT nümayəndələrinin, şəhid ailələrinin, həmçinin Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən internat məktəblərindən olan uşaqların da iştirak etdiyi tədbirdə Mərkəzin benefisiarlarının əl işlərindən ibarət sərgi nümayiş olunub. Ekspozisiya ilə tanışlıqdan sonra tədbir iştirakçılarına konsert proqramı təqdim edilib. Proqrama Mərkəzin üzvlərindən ibarət kamera orkestrinin müşaiyəti ilə klassik musiqi əsərləri, eləcə də müasir bəstəkarların yaradıcılığından nümunələr və xalq mahnıları daxil edilib.

Məlumat üçün bildirək ki, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində nitq məhdudiyyətli uşaqlar Mərkəzdə rəqs və teatr təlimlərinə cəlb ediliblər. Onlara peşəkar təlimçilərlə məşq ediblər. Tədbirdə nitq məhdudiyyətli benefisiarların təqdimatında “Arşın mal alan” operettasından səhnəcik və “Yallı” rəqsi ifa olunub.

Bugünkü tədbirə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki sosial müəssisələrdən uşaqlar da cəlb olunublar. Məqsəd onlara inklüzivliyi, bərabərliyi, istedadın sərhəd tanımadığını aşılamaqdır. Nümayiş etdirilən ekspozisiya və konsert proqramı Mərkəzin üzvlərinin istedadını göstərməklə yanaşı, onların mənəvi dünyasına nəzər salmağa imkan yaradır. Hər bir əsər, hər bir iş müəllifin yaradıcılıq təxəyyülünün ifadə tərzidir. Sərgidə benefisiarların qısa müddətdə ərsəyə gətirdikləri bədii oyma, floristika, keramika, təsviri incəsənət, denim art janrlarında 150-dən çox iş nümayiş olunur.

Məlumat üçün bildirək ki, ölkədə sosial təminat sistemi ilə əhatə olunanların 600 minə qədəri uşaqlardır. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti uşaqlara dövlət qayğısının ildən-ilə artmasına, eyni zamanda müvafiq kateqoriyalardan olan uşaqların sosial təminatının mütəmadi gücləndirilməsinə yol açır. Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı reabilitasiya və sosial xidmətlər sistemi də təkmilləşdirilərək genişləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzi müasir tələblərə uyğun qurulub, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb. Heydər Əliyev Fondunun müvafiq proqramı çərçivəsində Nazirliyin Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti təmin edilib. Son illərdə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi istifadəyə verilib.















AzVision.az

Teqlər:







Xəbər lenti